Ana və Uşaq Otağı

Körpə uşaqla axşam yeməyə çıxmaq artıq kabus deyil. Ən kiçik müştərilərimizin belə qayğısına qalaraq sizlər üçün ana və uşaq otaqlarını da hazırlamışıq. Burada anaların rahatlıqla əyləşə biləcəyi yumşaq oturacaqlar, körpə bezi dəyişdirmə masası və körpələrin diqqətini çəkən rəngli dekorasiya göz oxşayır. İstirahətinizə ara vermədən ehtiyac duyduğunuz hər an bu otaqda körpənizi yedirə və ya qulluq edə bilərsiniz.