Haqqımızda

Biz Sizin üçün əti ən ləzzətli halı ilə təqdim edən, səmimi söhbətlərinizə ev sahibliyi edən, gündəlik məzələrimizi və sobadan isti-isti orqanik çörəklərimizi dadıb, paxlavamızın ləzzətində özünüzü itirəcəyiniz, şərab barımızda yerli və xarici şərabları seçərkən, bənzərsiz mənzərəsi ilə qış baxçamızda şəhərin səs-küyündən uzaqlaşacağınız, uşaqlarınızı isə Prive Kids Gallery-də təcrübəli əməkdaşlarımıza əmanət edəcəyiniz, bütün ləzzətlərimizi evinizdə də dadmaq üçün şarküteri və qəssab şöbələrindən rahatlıqla alış-veriş edəcəyiniz Prive Steak Gallery-ni yaratdıq!

Şarküteri, Qəssab, Paxlava, Məzə Gallery, Quyu və cağ kəbabı, Dry Aged, Şərab barı, VIP kabinetlər, Prive Kids Gallery, Qış baxçası

Bakının ən gözəl səmtlərindən biri olan Nizami küçəsində qonaqsevər və işinin mahiri komandamızla ümumilikdə 300 müştəriyə xidmət edə bilən Steak Gallery-mizlə yanaşı, toplantı və ya qrup yeməkləriniz üçün TV, proyektor cihazı və WI-FI şəbəkə ilə təchiz edilmiş hərəkət etdirilə bilən arakəsmə divarlar sayəsində daha çox qonaqlara xidmət etmək imkanına malik VIP kabinetlərimiz də mövcuddur.

Missiyamız

Hər zaman ağzınıza layiq təmiz, təzə və ləzzətli nemətləri ərsəyə gətirmək üçün xüsusi diqqətlə məhsulları seçmək, ən üst stan- dartlartda müştəriyə xidmət göstərərək onlara dost olmaq və həyatlarının ən özəl anlarına rəng və ləzzət qatmaq üçün varıq!

Vizyonumuz

Hər zaman bizim üçün prioritet olan müştəri məmnuniyyətini zirvədə saxlayan keyfiyyətli xidmət prinsipimizi qoruyaraq gülərüzlü, qonaqpərvər komandamızla damağınızın həsrətində olduğu mükəmməl ləzzətləri təqdim edərək müştərilərimizin davamlı tövsiyə və ziyarət etdiyi, mərkəzdə ilk ağla gələn ailəvi istirahət restoranı olmaq!